Yasham Residence | Sizin də eviniz olsun!

"Yasham Residence" sakinlərin təhlükəsizliyi mühafizə xidməti və videomüşahidə sistemi vasitəsilə təmin ediləcək.Yaşayış Kompleksinin birinci mərtəbəsi sosial və kommersiya yönlü obyektlərin yerləşdirilməsi üçün satışa təklif olunur. “Avtomobilsiz həyət” konsepsiyası sayəsində kompleksin həyətyanı sahəsi sakinlərin tam sərəncamına veriləcək. Burada uşaqlar üçün oyun, yaşlılar üçün istirahət yerləri yaradılacaq. Avtomobillər xüsusi mühafizə olunan giriş vasitəsilə yeraltı dayanacağa daxil olacaq.Özünə məxsus üslubda inşa edilən bu yaşayış kompleksinin görkəmi onu qəsəbənin bütün digər binalarından fərqləndirəcək. Yaşayış Kompleksinin tikintisində müasir texnologiyalardan və yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur. Betonun keyfiyyəti xüsusi laboratoriyalarda yoxlanılır. Qurulan drenaj sistemi və həyata keçirilən hidroizolyasiya işləri, təməldə olan istinad divarlarının nəmə və qrunt sularına qarşı ikiqat müdafiəni təmin edəcək. Bina yüksək seysmik davamlığa malik olacaq.Tikinti işlərinə artıq başlanılıb. Binanın fasad görkəmini həmçinin blokların görkəmini, layihəsini dəyişə biləcək işlərə icazə verilməyəcək! Mənzillərdə təmir zamanı, binanın konstruksiyasına xələl gətirə biləcək işlərin aparılmasına icazə verilməyəcək! Sərnişin və yük liftləri, plastik qapı və pəncərə sistemləri, seyf qapılar, yeraltı qaraj, təhlükəsizlik xidməti, istirahət parkı, tennis və futbol meydançaları yüksək standartlara cavab verəcək keyfiyyətdədir.Yasham Residence kollektivi Azərbaycan xalqını dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir.